525.Az

Cəbhə bölgəsinə yollanan QAT üzvü başından yaralanıb


 

Cəbhə bölgəsinə yollanan QAT üzvü başından yaralanıb<b style="color:red"></b>

Cəbhə bölgəsinə yollanan Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri düşmən gülləsinə tuş gəlib.

525.az Müsavat.com-a istinadən xəbər verir ki, QAT sədri Akif Nağı, təşkilatın idarə heyətinin üzvləri Şaiq Süleymanov, Nəsib Cəfərov və Tahir Bayramov cəbhə bölgəsində olub.

Təşkilat üzvləri Ağdam, Tərtər, Goranboy rayonlarında yerli sakinlər və hərbçilərlə görüşüb, həmçinin Lələtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə həlak olan, Ağdamın Xındırıstan kəndində dəfn edilən şəhid Pərvan Mehrəliyevin yas məclisində iştirak ediblər.  

QAT sədri Akif Nağının verdiyi məlumata görə, Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu toplardan atəş açmağa başlayıb:

“Dərhal hamımız üzüqoylu yerə sərildik. Mərmilərdən biri bizim lap yaxınlığımızda partladı. Bu zaman QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Əvvəlcə ona özümüz ilkin tibbi yardım göstərdik. Daha sonra isə hospitala apardıq, həkimlər nə lazımdırsa, etdilər. Ancaq şükürlər olsun ki, xəsarət ciddi olmadığından həkimlər yaralıya yardım göstəriləndən sonra onun bizimlə birgə  Bakıya qayıtmasına razılıq verdilər. Hal-hazırda yolayıq”.

A.Nağı onu da deyib ki, 57 yaşlı T.Bayramov Ağdamda anadan olub, Qarabağ döyüşçüsüdür.

 





04.04.2016    çap et  çap et