525.Az
Düşmən qərargah məntəqəsi dağıdıldı: polkovnik və general rütbəli zabitlər məhv edildi
Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
525.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.
04.04.2016
çap et