525.Az

Ermənilərin atdığı mərmi Tərtərdə dinc sakini yaralayıb


 

Ermənilərin atdığı mərmi Tərtərdə dinc sakini yaralayıb<b style="color:red"></b> Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb. 
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb.
 
Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
 





04.04.2016    çap et  çap et