525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1993-cü il. Azərbaycan Respublikası Malayziya ilə diplomatik əlaqələr qurub.

1909-cu il. Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günü (1909-1932). Dərbənddə doğulan A.Zeynallı 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəylinin sinfini bitirib. Azərbaycan musiqi tarixinə ilk romansların müəllifi kimi daxil olub. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

1940-сı il. Katın qırğını başlayıb. SSRİ Xalq Daxili İşlər Komissarlığının Polşa vətəndaşlarını (əsasən Polşa ordusunun əsir zabitlərini) kütləvi şəkildə güllələyiblər. Arxiv sənədlərinə görə, Rusiyanın Smolensk vilayətindəki Katın meşəsində 1940-cı ilin aprel-may aylarında 21 857 polyak gətlə yetirilib.

1894-cü il. Dünyada ilk səsdən sürətli təyyarə yaradan Amerika aviakonstruktoru Lourens Bellin doğum günü (1894-1956).

 





05.04.2016    çap et  çap et