525.Az

Kiyevdə Qarabağa dəstək aksiyası - Fotolar


 

Kiyevdə Qarabağa dəstək aksiyası - <b style="color:red">Fotolar</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında Qarabağa dəstək aksiyası keçirilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, aksiyada Ukrayna, tatar, türk və digər xalqların gənləri ilə yanaşı Azərbaycan diasporunun nümayəndələridə iştirak edib.   

Azərbaycanlı gənclər və diaspora nümayəndələri, Qarabağda təxribatçı düşmənə sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusuna həmrəylik sevgilərini “Qarabağ bizimdir bizim olacaq”, ”Şəhidlər ölməz vətən bölünməz”, "rədd olsun cinayətkar ermənistan hakimiyyəti”, ”Vətən biz səninləyik” şüarlarını səsləndirməklə çatdırıblar. 

Ukraynanın aparıcı televiziya kanallarının və media təmsilçilərinin diqqətlə izlədiyi aksiyada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çixış edərək, ermənilərin son iki əsrdə xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətindən söz açıb.

Cinayətkar Ermənistan hakimiyyətinin Qarabağda növbəti təxribat törətdiyini diqqətə çatdıran birliyin sədri işğalçı düşmən qüvvələrinə rəşadətli Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə endirildiyini bildirib.

Qeyd edib ki,bu gün Ukraynada yaşayan və təhsil alan on minlərlə Azərbaycanlı gənc istənilən zaman Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır.

Aksiyada çıxışına bu sözlərlə giriş verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev indiyədək erməni işğalçılığına göz yuman BMT və digər nüfuzlu beynəlxalq təşkilatları ciddi tənqid atəşinə tutub.

Ukraynada yaşayan 500 yüz mindən çox Azərbaycanlının birmənalı olaraq İlham Əliyevin atdığı hər bir addıma dəstək verdiklərini bildirib.

Böyük coşqu ilə keçən aksiyada son 20 ildə Azərbaycanın inkişaf edərək bölgənin lider dövlətinə çevrilməsindən qürur duyduqlarını bildirən hüquq elmləri doktoru professor, Arif Quliyev, İşıq Azərbaycan cəmiyyətinin sədri Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri sədri Anar Tahirov, gənc fəallardan Maksim Mamedov və digər şəxslər, son günlər Azərbaycan ordusunun işğalçıların növbəti təxribatının qarşısını alaraq düşmənə vurduğu sarsıdıcı zərbənin dünya Azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.

Ukraynada yaşayan soydaşlarımızın istənilən zaman silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirblər.

Sonra tədbirə qatılanlar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin Azərbaycan səfirliyinin qarşısında təşkil olunmuş xatirə guşəsinin önünə tər çiçəklər qoymaqla onların ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər.

 





06.04.2016    çap et  çap et