525.Az

Multikulturalizm Mərkəzinin Drezden filialından Almaniya hökumətinə müraciət


 

Multikulturalizm Mərkəzinin Drezden filialından Almaniya hökumətinə müraciət<b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya səfərinə qarşı keçirilən etiraz aksiyasında öz üzvləri ilə yaxından iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialı aksiyadan dərhal sonra Almaniya hökumətinə etiraz müraciəti ünvanlayıb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, müraciətdə erməni silahlı birləşmələri tərəfindən mülki əhalinin atəşə tutulmasından dünya ictimaiyyətinin narahatlıq keçirdiyi ifadə olunur.

Eyni zamanda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurasının bu münqişənin həll olunması və bununla erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycana məxsus olan torpaqlardan çıxarılmasına dair qətnamələri bugünədək icra olunmamış qalır.

Sənəddə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Azərbaycanın 20 faiz torpağının işal olunması,  1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, yaranan insan tələfatı, maddi-mədəniyyət abidələrinin, elm-təhsil müəssisələrinin, dini ibadət yerlərinin, saysız-hesabsız yaşayış evlərinin dağıdılması əsas gətirilərək Almaniya hökumətindən münaqişənin sülh yolu ilə həlli üçün işğalçı rejimə diplomatik təzyiqlər göstərməsi tələb edilir.

Bu konfliktin həllində Azərbaycan hökumətinin sülh tərəfdarı olduğu müraciətdə qeyd edilir.

Mərkəzin Drezden filialı tərəqqipərvər dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həll olunmasına köməklikgöstərməyə və insan tələfatının qarşısını almaq üçün səylərini artırmağa dəvət edir.
 
Müraciət Bakı Beynəlxalq Multikulturalizm Multikulturalizm Mərkəzinin Drezden filialının icraçı direktoru professor Birgit Vaysgerber tərəfindən imzalanıb.
 





07.04.2016    çap et  çap et