525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1906-cı il. "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çıxıb.

Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

1920-ci il. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi.

1959-cu il. Xalq Yazıçısı Çingiz Abdullayev anadan olub. Detektiv janrında əsərləri dünyada məşhurluq qazanıb və milyonlarla nüsxə tirajla çap olunur.

1950-ci il. Ümumdünya Sağlamlıq Günü qeyd olunmağa başlayıb. Hər ilin bu günü Ümumdünya Sağlamlıq Təşkilatı üçün prioritet sayılan bir problem diqqət mərkəzinə gətirilir.

AzərTAc

 





07.04.2016    çap et  çap et