525.Az

Milli Kitabxanada İran nümayəndə heyəti ilə görüş keçirilib


 

Milli Kitabxanada İran nümayəndə heyəti ilə görüş keçirilib<b style="color:red"></b>

Dünən Milli Kitabxananın direktoru Kərim Tahirov, İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru Atosa Vazirinin başçılığı ilə ölkəmizə gəlmiş nümayəndələrilə görüşüb.

Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat verib, son illər burada yaradılan iş növlərindən, kitabxana proseslərinin avtomatlaşdırılmasından və görüləcək işlərdən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Universitet haqqında məlumat verən prorektor Atosa Vaziri Payam Noor Universitetinin İranda ən iri təhsil ocaqlarından biri olduğunu, orada 1 mln. tələbənin təhsil aldığını bildirib, fəaliyyət göstərən 500 filialda 4 min elmi heyətin, ümumilikdə 8 min işçinin çalışdığını qeyd edib. O, universitetin zəngin kitabxanası olduğunu və gələcəkdə Azərbaycanın ən iri kitabxanası ilə də əməkdaşlıq etmək arzusunda olduqlarını deyib. Hər iki kitabxananın kitabxanaçıları üçün master klassların, telekonfransların keçirilməsinin də maraqlı ola biləcəyini diqqətə çatdırıb.

Qonaqlara Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın  xəritəsi, Azərbaycan xalçaları  və digər kitablar hədiyyə olunub.

 





07.04.2016    çap et  çap et