525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1992-ci il. Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər.

Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.

Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

1336-cı il. Teymurilər dövlətinin banisi Teymurləng anadan olub.

1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Görkəmli sərkərdə 1405-ci il fevralın 18-də Özbəkistanda vəfat edib.

1938-ci il. Birləşmiş Millətlər Təşkilatının (BMT) yeddinci Baş katibi Kofi Atta Annanın doğum günüdür.

K.Annan BMT-nin Baş katibi postunu tutan ilk qaradərili Afrika nümayəndəsi olub.

1971-ci ildə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən aprelin 8-i Beynəlxalq Qaraçılar Günü elan olunub.

Konqresdə dünyanın 30-dan çox ölkəsindən gəlmiş nümayəndələr iştirak ediblər.

Qaraçıların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Onlar tarixən köçəri həyat tərzi sürürlər. Ənənəvi olaraq atçılıq və maldarlıqla yanaşı, həm də dədə-baba sənətləri sayılan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətlərinin istehsalı ilə məşğul olurlar.

1973-cü il. İspan rəssamı Pablo Pikasso (Pablo Ruiz Picasso) vəfat edib (1881-1973).

XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən olan Pikasso rəssam, heykəltəraş, qrafik, keramist və dizayner kimi tanınır. O, Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir

2013-cü il. Marqaret Tetçer (Margaret Hilda Thatcher) vəfat edib (1925-2013).

Mühafizəkarlar Partiyasının təmsilçisi olan M.Tetçer 1979-1990-cı illərdə Böyük Britaniyanın Baş naziri vəzifəsində işləyib. Siyasətdəki sərt mövqeyinə görə “Dəmir ledi” ləqəbi ilə tanınan baronessa Böyük Britaniyanın tarixində yeganə qadın Baş nazir olub.

 





08.04.2016    çap et  çap et