525.Az

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində


 

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində <b style="color:red"></b> Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
 

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, aprelin 12-dən 14-dək keçiriləcək sərgidə 60-dan çox ölkədən 1000-dən çox təşkilat qatılacaq.
 
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.
 
Kitab sərgisində iştirak etməkdə məqsəd turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlığın yaradılmasıdır.
 
Qeyd edək ki, Azərbaycan 2009-cu ildən London Beynəlxalq Kitab Sərgisində təmsil olunur. 
 





08.04.2016    çap et  çap et