525.Az

Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlandı


 

Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlandı<b style="color:red"></b>

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.

525.az-ın "Report"a istinadən məlumatına görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.
Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub.
 
"Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

 





09.04.2016    çap et  çap et