525.Az

“Artıq regionda yeni əməkdaşlıq formatı yaranıb”


 

“Artıq regionda yeni əməkdaşlıq formatı yaranıb”<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev bu ilin birinci rübündə bir çox xarici səfərlərdə olub, ölkəyə 10 xarici dövlət və hökumət başçısı səfər edib.

“Report”un xəbərinə görə, bu barədə dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Prezident bütün bunları Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqələndirib.

Birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidentinin Azərbaycana gəldiyini, ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar verdiklərini deyən Prezident İlham Əliyev onu da bildirib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb:

“Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir”.

 





09.04.2016    çap et  çap et