525.Az

Şotlandiyada Şekspirin pyeslərinin ilk toplusunun nüsxəsi tapıldı


 

Şotlandiyada Şekspirin pyeslərinin ilk toplusunun nüsxəsi tapıldı<b style="color:red"></b>

Şotlandiyanın Byut adasında yerləşən malikanələrin birində Uilyam Şekspirin pyeslərinin ilk toplusunun nüsxəsi tapılıb.

AZƏRTAC theguardian.co.uk saytına istinadla xəbər verir ki, topluya Şekspirin 36 əsəri daxildir.

Əsərlər toplusu 100 ildən çoxdur ki, Maunt Stüart kitabxanasının rəflərində heç kəsin diqqətini cəlb etməyib.

Oksford Universitetinin professoru Emma Smit tərəfindən araşdırılan kitabın Şekspirin ölümündən 7 il sonra çap edildiyi təsdiqlənib.

Toplu “Maqbet” və “Fırtına” əsərlərinin, həmçinin “12-ci gecə”, “Yuli Sezar”, “İstədiyiniz kimi” pyeslərin ilk çap versiyalarını özündə birləşdirib.

Kitabın ilk səhifəsini Şekspirin məşhur ingilis qravüraçı Martin Druşaut tərəfindən çəkilmiş şəkli bəzəyir.

Qeyd edək ki, Şekspirin əsərlərinin ilk toplusu dünyanın ən bahalı kitabları sırasındadır. Professor Emma Smitin qiymətləndirməsinə əsasən, sayca 234-cü olan son tapıntının qiyməti 2,8 - 3,5 milyon dollar təşkil edə bilər.

 





09.04.2016    çap et  çap et