525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1905-ci il. Albert Eynşteyn Nisbilik nəzəriyyəsini açıqlayıb.

Nisbilik nəzəriyyəsi 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsi, 1916-cı ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir.

Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman, məkan intervalları elə şəkildə dəyişir ki, hər hansı hesablama sistemində işığın sürəti daimidir.

Ümumi nisbilik nəzəriyyəsinə görə isə cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zaman qeyri-Evklid həndəsəsinin nisbətlərinə tabedir.

1919-cu il. BMT-nin ixtisaslaşmış qurumu - Beynəlxalq Əmək Təşkilatı yaradılıb. Sosial-iqtisadi, əmək hüquqlarını müdafiə edən bu beynəlxalq təşkilat Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi əsasında təsis edilib. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

11 aprel Ümumdünya Parkinsonla Mübarizə Günüdür. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir. Mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Bu xəstəliyə daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinir.

1713-cü il. Utrext sülh müqaviləsi imzalanıb.

Bu müqavilə İspaniya Kralı II Karlosun ölümündən sonra ispan torpaqlarının Avropa ölkələri arasında bölüşdürülməsi ilə bağlı anlaşılmazlıq səbəbindən baş vermiş İspaniya Varislik Müharibəsinin nəticəsi olaraq Niderlandın Utrext şəhərində Fransa və İspaniya arasında imzalanıb.

1898-ci il. Puerto-Riko ABŞ-ın nəzarətinə keçib. 1898-ci ildə İspan-ABŞ müharibəsinin nəticəsi olaraq imzalanan Paris müqaviləsinə əsasən İspaniya Puerto-Riko adasını Birləşmiş Ştatların nəzarətinə verir.

Hazırda Puerto Riko daxili məsələlərin həllində müstəqildir, xarici siyasətdə isə ABŞ-a tabedir.

AzərTAc

 





11.04.2016    çap et  çap et