525.Az

Çindən 50 xüsusi təyinatlı avtomobil gətirilib


 

Çindən 50 xüsusi təyinatlı avtomobil gətirilib<b style="color:red"></b> Çin Xalq Respublikası ilə Azərbaycan arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində Çinin ayırdığı texniki yardım hesabına Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-yüa verdiyi məlumata görə, onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır. Bu gün Çindən Azərbaycana gətirilmiş  nəqliyyat vasitəllərinə Biləcəri stansiyasında baxış keçirilib.
 
Tədbirdə Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəravtoyol” Dövlət Şirkətinin və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanla  Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.
 





11.04.2016    çap et  çap et