525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2013-cü il. Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu keçirilib.

“Birlikdə gələcəyə doğru” devizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və s. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznesin 500-dən çox nümayəndəsi, o cümlədən, institutun məzunu olan Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

1889-cu il. Görkəmli Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şusinskinin doğum günü (1889-1965).

Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada Nəvvabın musiqi məktəbində təhsil alıb.

O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub.

1928-ci il. Azərbaycanın Xalq Yazıcısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012) İsa Hüseynovun – Muğannanın doğum günü(1928-2014).

“Teleqram”, “Saz”, “Tütək səsi”, “Məşhər”, “İdeal” kimi povest və romanların müəllifi olan İ.Hüseynovun ssenariləri əsasında -"Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib.

1995-ci il. Dünyada ən popular axtarış sistemlərindən olan Yahoo! isifadəyə verilib.

1961-ci il. Dünyada ilk pilotlu kosmik gəmi Yerətrafı orbitə çıxıb. Sovet kosmonavtı Yuri Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib.

O, kosmosa uçan ilk insan kimi tarixə düşüb. BMT-ın Baş məclisinin 2011-ci il aprelin 7-də kecirilmiş 65-ci sessiyasının qərarı ilə 12 aprel insanın kosmosa uçuşunun Beynəlxalq günü elan edilib.

 





12.04.2016    çap et  çap et