525.Az

Azərbaycan beynəlxalq turizm sərgisində


 

Azərbaycan beynəlxalq turizm sərgisində <b style="color:red"></b> Pekin şəhərində (Çin) aprelin 12-14-də keçiriləcək “COTTM 2016” beynəlxalq turizm sərgisində Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və “Azərbaycan Hava Yolları”nın (AZAL) QSC-nin iştirak edir.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, sözügedən sərgidə Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edir.

Eyni zamanda, sərgidə 4 yerli turizm şirkəti - “Geo travel”, “The Tour”, “Regea Travel”, “AzTerra Travel”in iştirakı nəzərdə tutulub.

Sərgidə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 39 kv.m sahə icarəyə götürülüb.

Ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və Çin dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunur.

Azərbaycan artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir.

Builki tədbirdə Azərbaycanla yanaşı 65 ölkədən 300-ə yaxın şirkət təmsil olunur.

Məlumat üçün qeyd edək ki, ötən il ərzində 5 min nəfərdən çox Çin turisti Azərbaycana səfər edib.
 





12.04.2016    çap et  çap et