525.Az

Buktreylerlərin qəbulu başa çatdı


 

Buktreylerlərin qəbulu başa çatdı<b style="color:red"></b>

İlk buktreyler festivalına işlərin qəbulu bitib. Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Buktreylerin əsas vəzifəsi oxucuda kitaba maraq oyatmaqdır.
 
Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirlinin sözlərinə görə, Azərbaycanda keçirilən ilk buktreyler festivalı cəmiyyətdə çox böyük maraqla qarşılanıb. Gözlənildiyindən daha çox sayda buktreylerlərə müraciət olunub. Qeyd edilib ki, yaxın günlərdə tərkibi açıqlanacaq nüfuzlu və peşəkar münsiflər heyəti artıq işlərin qiymətləndirilməsini aparacaq.

Qaliblər aprelin 23-də Beynəlxalq Kitab Günündə Nizami Kino Mərkəzində müəyyən olunacaq.

Festival barəsində www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest “facebook” səhifəsində ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

AzərTAc

 





12.04.2016    çap et  çap et