525.Az

"Ermənistanın təcavüzü həm də Azərbaycanın mənəvi dəyərlərinə yönəlib"


 

"Ermənistanın təcavüzü həm də Azərbaycanın mənəvi dəyərlərinə yönəlib"<b style="color:red"></b> “Aprelin əvvəllərində erməni təcavüzü nəticəsində dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək”.
 
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
 
O qeyd edib ki, ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yerləşən məscidlərdən daima başqa məqsədlər üçün istifadə ediblər:

“Sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib”.
 
Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, Əhmədağalı kəndinin ərazisində yerləşən məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Bir nəfər mülki şəxs həlak olub, məscidə ciddi ziyan dəyib.
 





12.04.2016    çap et  çap et