525.Az

Əsgər balama


 

Əsgər balama<b style="color:red"></b>

Bir əlində bayrağım,
Canında ruhum, qanım
İrəli, mərd aslanım!
Dayanıbdı arxanda
Ucadan uca  dağım,
Ali Baş Komandanım!
Düşmənin bağrını yar,
Od ələ, tufan qopar,
Qərib düşən ellərdə,
Dalğalansın bayrağım,
Gül açsın bağça-bağım...
Bir  elin yarasını
Sağalt ey qəhrəmanım,
Dərdimin çarasını
Tap, ey mənim loğmanım,
Bunu səndən gözləyir,
Ana  Vətən torpağım,
Ali Baş Komandanım!
Şığıdın düşmən üstdə,
Qoymadın göz  açmağa,
Tanrıdan  qüvvət istə,
Düşmən beli qırmağa.
Bunu əmr edir sənə,
Kəlbəcərim, Laçınım,
Ali Baş Komandanım!
Ey igid əsgər  balam,
Evim, eşiyim, qalam,
Düşmənə getsin bəlan.
Qolunun qüvvətindən
Yağı lərzəyə gəlsin,
Qoy vurduğun zərbələr
Onun qəlbini dəlsin!
Bunu deyir Füzulim,
Zəngilanım, Ağdamım
Ali Baş Komandanım!
Çıxart qılıncı qından,
Artıq dərd varmı bundan?
Torpaq yağı əlində
Düşmən atın belində
Atından sal düşməni
Bil ki, qorxaq erməni,
Bir hay vursan qaçacaq,
Var-yoxunu satacaq...
Bir nərə çək, igidim,
İtilsin ilim-ilim
O mənfurlar, naxoşlar,
Bitsin dava-dalaşlar!
Vətən çağırdı səni
Müsəlləh  əsgər oldun!
Yardın dumanı, çəni,
Elin günəşi oldun!
Sevin, ey Ana  Torpaq!
Sevin, ey Ana Vətən!
Oğlun qələbə çaldı,
Xar oldu yağı düşmən.
Qoy gülsün Qarabağım!
Doğma Azərbaycanım!
Yaşa, şöhrətim, şanım!
Ali Baş Komandanım!

 





12.04.2016    çap et  çap et