525.Az

Hüquqdan yazan jurnalistlər Qubaya toplandı


 

Hüquqdan yazan jurnalistlər Qubaya toplandı<b style="color:red"></b> Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) praktik jurnalistlər üçün Qubada “Azərbaycan Respublikası Tikinti Məcəlləsinin tətbiqi ilə bağlı qanunvericilikdə və təcrübədə mövcud olan problemlər” mövzusunda təlim kursları keçirir.

525.az-ın məlumatına görə, təlimdə ölkənin müxtəlif KİV-lərini təmsil edən 20-yə yaxın jurnalist iştirak edir. İnteraktiv şəkildə keçirilən təlimdə məhkəmə qərarlarının ədalətliliyi və onların icrası ilə bağlı Azərbaycan qanunvericiliyi və məhkəmə praktikası, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri müqayisəli şəkildə araşdırılır. Təlimin aparıcıları Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Sayyad Kərimovdur.

Təlim kursları fevralın 10-da başa çatacaq.
 





09.02.2013    çap et  çap et