525.Az

Prezident: “İqtisadiyyatın şaxələndirilməsi bir nömrəli məsələdir”


 

Prezident: “İqtisadiyyatın şaxələndirilməsi bir nömrəli məsələdir”<b style="color:red"></b> “Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.
 
Dövlət başçısı ölkəmiz üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib.

O bildirib ki, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb.

“Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var”, - deyə o vurğulayıb.
 





12.04.2016    çap et  çap et