525.Az

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib


 

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib<b style="color:red"></b> Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) verib.

APA-nın xəbərinə görə, MTRŞ-da “Uninet” MMC, “RA Technologies” MMC, “ULTEL” MMC, “İZONE” MMC, “Global Technology” MMC, “Biosoft Service” MMC, “Caspel” MMC və “AvirTV" MMC-yə kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu – internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
 
Eyni zamanda, MTRŞ tərəfindən “TV TEXSERVİS” MMC-yə, “Videoton” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Pluton Satellite” MMC-yə Sumqayıt şəhərində, “Vircina” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Orbita TV” MMC-yə Sumqayıt şəhərində və Qasımov Möhsüm Hüseyn oğluna Sumqayıt şəhərində kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - kabel)  6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
 





12.04.2016    çap et  çap et