525.Az

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını “dondurmaq” barədə razılaşıb?


 

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını “dondurmaq” barədə razılaşıb?<b style="color:red"></b>

Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının səviyyəsini stabil saxlamaqla bağlı razılığa gəldiyi iddia edilir.

AZƏRTAC “interfax.ru”ya istinadla xəbər verir ki, aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçısı ölkələrin görüşündən öncə Rusiya və Səudiyyə Ərəbistanının neft istehsalının səviyyəsinin stabil saxlamaq barədə razılığa gəliblər.
 
Saytın xəbərinə görə, bu barədə razılıq Rusiyanın energetika naziri Aleksandr Novakın Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi ilə telefon danışığında əldə olunub.

İranın daha əvvəl neft istehsalının səviyyəsini gündəlik 4 milyon barrelə çatdıranadək hasilatı “dondurmaq”la bağlı təşəbbüsə qatılmayacağı şərhinə baxmayaraq bu nəticə əldə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu telefon danışığını şərh edərkən Rusiyanın İranın iştirakı olmadan da neft istehsalını “dondurmaq”la bağlı razılıq əldə ediləcəyinə ümidvar olduğunu deyib.

 





13.04.2016    çap et  çap et