525.Az

“Qeyri neft sektorunun ümumi daxili məhsulda payı 60 faizə çatıb”


 

“Qeyri neft sektorunun ümumi daxili məhsulda payı 60 faizə çatıb”<b style="color:red"></b>

“Neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda ümumi daxili məhsul manat ifadəsində artıb. Bu son 5 il ərzində Azərbaycan iqtisadiyyatının möhkəmlənməsindən xəbər verir”.

Bu sözləri iqtisadçı ekspert Nicat Hacızadə deyib.
 
Onun sözlərinə görə, iqtisadi diversifikasiya nəticəsində qeyri neft sektorunun ümumi daxili məhsulda payı 60 faizə çatıb ki, bu da qeyri neft sektorunda aparılan son islahatlar nəticəsində formalaşıb:
 
“Əhalinin sosial maddi rifah halında da artım müşahidə olunur. Adam başına düşən ümumi daxili məhsul və əhalinin gəlirləri manat ifadəsində artıb. Bundan əlavə dövlət büdcəsinin gəlirlərinin azalması fonunda əhalinin aztəminatlı hissəsinə ayrılan müavinətlərdə də artım müşahidə olunur”.

N.Hacızadə bildirib ki, ölkə prezidentinin siyasi iradəsi nəticəsində formalaşan TANAP layihəsinin Avropanın enerji təhlükəsizliyi ilə bağlı xüsusi əhəmiyyəti var:
 
“İlk növbədə qeyd edək ki, TANAP layihəsi üçün biz bir sıra borclanmalara getmişik, istiqraz emisiya etmişik və bunun əvəzində milyardlarla dollar pul cəlb etmişik. Risklərin idarə edilməsi tərəfdən məsələyə baxsaq ən azı 5-7 il sonra biz yatırdığımız pulla çəkdiyimiz xərci bərabərləşdirə biləcəyik. Ona görə Azərbaycan dövləti bu layihə üzərində ciddi işləməli və ehtiyatı qorumalıdır”.

Ceyhun ABASOV

 





13.04.2016    çap et  çap et