525.Az

Cəbhəboyu kəndlər minadan təmzilənir


 

Cəbhəboyu kəndlər minadan təmzilənir <b style="color:red"></b>

Hazırda xüsusi təlimatlı mobil çevik əməliyyat qrupları Füzuli, Ağdam, Goranboy və Tərtər rayonları ərazisində partlamamış silah-sursatların təmizlənməsi işlərini həyata keçirir.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı məlumat verib.

O qeyd edib ki, təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır: "Bu gün biz Tərtər rayonunun Qarağacı, Qapanlı və digər kəndlərinin ərazisinin partlamamış silah-sursatlardan təmizlənməsi işlərini aparırıq. Axtarışlar zamanı 10-a qədər partlamamış hərbi sursat götürülərək mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib".

ANAMA-nın əməkdaşı bildirib ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir: "Daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb".

 





14.04.2016    çap et  çap et