525.Az

​Baş Prokurorluqdan baş redaktora xəbərdarlıq


 

​Baş Prokurorluqdan baş redaktora xəbərdarlıq <b style="color:red"></b> “Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xatırladaq ki, “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovdur.
 





14.04.2016    çap et  çap et