525.Az

Prezident: "Hamınızı Bakıya dəvət edirəm"


 

Prezident: "Hamınızı Bakıya dəvət edirəm"<b style="color:red"></b>

“Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm”.

“Report”un xəbərinə görə, bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitindəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir:
 
“Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir:

“Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm.

İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək”.

 





14.04.2016    çap et  çap et