525.Az

Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib


 

Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, H. Salber ötən səfərindən keçən az müddət sonra Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu deyib.
 
H. Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerininin Azərbaycana son səfərini xatırlayıb.
 
Söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





15.04.2016    çap et  çap et