525.Az

Rusiyada “Azərbaycan həqiqəti, Rusiyanın Azərbaycana gəlişi və İran motivləri”nin təqdimatı olub (Fotolar)


 

Rusiyada “Azərbaycan həqiqəti, Rusiyanın Azərbaycana gəlişi və İran motivləri”nin təqdimatı olub <b style="color:red">(Fotolar)</b>

Nəbi VERDİYEV

Fevral ayının 8-də M.İ.Rudomino adına Ümumrusiya dövlət xarici ədəbiyyat kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Rusiyanın tanınmış tarixçisi, qafqazşünas, Azərbaycan MEA-nın Tarix İnstitutunun fəxri doktoru Rudolf İvanovun “Azərbaycan həqiqəti, Rusiyanın Azərbaycana gəlişi və İran motivləri. (XIX əsr Azərbaycan tarixi oçerkləri) ” kitabının təqdimatı olub. 525.az-ın məlumatına görə, təqdimat Azərbaycan səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Xarici ədəbiyyat kitabxanası tərəfindən təşkil edilib.

Təqdimat mərasimini açan “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli Rudolf İvanovun “Azərbaycan həqiqəti, Rusiyanın Azərbaycana gəlişi və İran motivləri.( XIX əsr Azərbaycan tarixi oçerkləri)” kitabının yalnız faktlara, arxiv materiallarına əsaslandığını və bu əsərin XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixinin bu vaxta qədər qapalı olan səhifələrinin açıqlanması baxımından böyük rol oynadığını qeyd edib. Azərbaycanın tarixi həqiqətlərinin dünya icnimaiyyətinə çatdırılmasında xüsusi önəmini vurğuladı.  Belə bir kitabın ərsəyə gətirilməsinin, nəfis tirajla nəşrinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. 

Sonra  aparıcı çıxış etmək üçün sözü Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna verdi. Polad Bülbüloğlu çıxışında görkəmli tarixci alim Rudolf Nikolayeviçin Azərbaycan tarixi üçün çox böyük işlər gördüyünü və  bu kitabın Rusiya tarixciləti və siyasətçiləri üçün də çox əhəmiyyətli olduğunu qeyd etdi. Polad Bülbüloğlu qeyd edib: “Uzun illər boyu bir çox tarixi faktlar açılmır, yaxud təhrif olunurdu. Bu gün arxivlər açılır və bir çox tarixi faktlar aşkara çıxır”.

Azərbaycan-Rusiya əlaqələrinin fəal tədqiqatçısı, məşhur tarixçi və yazıçı, professor Rudolf  İvanovun bu faktların açılmasında, üzə çıxmasında böyük zəhmət çəkdiyini vurğulayan səfir tarixçiyə bu cətin yolda uğurlar dilədi.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina Geniyeva qeyd etdi  ki, “Azərbaycan həqiqəti, Rusiyanın Azərbaycana gəlişi və İran motivləri. (XIX əsr Azərbaycan tarixi oçerkləri) ” kitabı çox dərin elmi əsərdir. Çünki müasir dövrümüzün mürəkkəb, ziddiyyətli, hətta ağrılı məqamlarını düzgün anlamaq üçün keçmişi, tarixi yaxşı bilmək lazımdır.

Azərbaycan Yazıçılar Birliyinin Moskva bolməsinin katibi şair Nəsib Nəbioğlu çıxıçında Rudolf Nikolayeviçin adınin nə məna daçıdığını qədim alman dilində şanlı qurd mənasını verdiyini və goy qurd obrazının qədim türklərin  totemi olduğunu vurğuladı. Görkəmli tarixçiyə rus və azərbaycan dillərində həsr etdiyi şeirləri oxudu.

Təqdimat mərasimində Azərbaycan diasporu və səfirliyinin nümayəndələri Moskvada yaşayan yazıçı və şairlər, tanınmış ziyalılar iştirak etmişlər. Azərbaycan diasporunun nümayəndələri, Moskvanın  tarixçiləri və alimləri öz çıxışlarında göstərdilər ki, R.İvanov bu illər ərzində çox böyük iş görüb, əvvəllər məlum olmayan nadir tarixi faktları üzə çıxarıb. Bu, tarixi faktların obyektiv başa düşülməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Rudolf İvanovun yeni kitabı bütövlükdə tarix elminə və xalqlarımıza gözəl hədiyyədir.

Sonra Rudolf İvanovu öz  həyat və fəaliyyətindən danışdı ömrünü Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Naxçıvaazərbaycan tarixinin  qaranlıq nəmalun səhifələrinin bərpasına həyat və fəaliyyətinin onların tədqiqinə həsr etdiyiniAzərbaycan tarixinin yeni səhifələrini üzə açmasından bütöv yaradıcılığı haqqında məlumat verib.

Rudolf İvanov dönə-dönə qeyd etdi ki,“Mən Azərbaycanı çox sevirəm. Azərbaycan gözəl diyardır” Azərbaycanın dünyaya əfsanəvi generallar, istedadlı insanlar, sanballı şəxsiyyətlər bəxş etdiyini söyləyib.

Rudolf İvanov ömrünü  Azərbaycan və Rusiya tarixinə dair zəngin arxiv materiallarının öyrənilməsinə həsr etdiyini qeyd edərək vurğulayıb ki, onun dərin və obyektiv araşdırmaları hər iki xalqın mənafeyinə xidmət edir. Tədbirin sonunda Rudolf İvanov tədbirdə çıxış edənlərin hamısına; bu tədbirin təşkil olunmasına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna,fəaliyyətinə böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya səmimi təşəkkürünü bildirib

İvanov kitabın yazılmasında Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan sosial-siyasi tarix arxivlərində, Federal Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin arxivlərində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində və digər mənbələrdən istifadə etdiyini söyləyib

Nəzərinizə çatdırırıq ki,Rudolf Nikolayeviç İvanov Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Naxçıvan Dövlət Universitetinin və AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, 30-dək kitabın, o cümlədən çar Rusiyasının və Qafqazın tarixinə dair əsərlərin müəllifidir. Professor Rudolf Nikolayeviç İvanovu Azərbaycanda yaxşı tanıyırlar. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeninə layiq görülmüşdür.

Moskva, 09.02.2013

 





11.02.2013    çap et  çap et