525.Az

Təbrik


 

Təbrik<b style="color:red"></b>

Aprelin 16-da nəvəm Fuadın iki yaşı tamam olur. Bu münasibətlə balaca Fuadı atası Rahim, anası Aysel, dayısı İbrahim, babaları və nənələri təbrik edir, ona uzun ömür və cansağlığı arzu edirlər.

Böyük oğlan olsun.

Nənəsi Solmaz Fərəcova da bu şeiri Fuadın iki yaşına həsr edir.

Bu gün iki yaşa yenicə çatdı,
Atanın, ananın özəl günüdü.
Nənəsi Fuada şeir də yazıb,
Fuad balamızın gözəl günüdü.
Elə şirindi ki, dəcəl balamız,
Böyüsün, boy atsın, boyunu görək.
Bir şirin arzu da içimdən gəlir,
Fuad balamızın toyunu görək.
Onu təbrik edir nənəsi Solmaz,
Doxsanı ötürüb yüzü haqlasın.
Babası Ramilin bir dənəsidi,
Fuad balamızı Allah saxlasın.

nənəsi Solmaz Fərəcova

 





16.04.2016    çap et  çap et