525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1907-ci il. Bəstəkar, dirijor, librettoçu, Azərbaycanın Xalq Artisti Əfrasiyab Bədəlbəylinin doğum günü (1907-1976).

Ə.Bədəlbəyli 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Bir çox dram tamaşalarına musiqi bəstələyib (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.).

1943-cü il. Varşava gettosu məhbuslarının nasistlərə qarşı üsyanı başlayıb. Üsyan 1943-cü il aprelin 19-dan mayın 16-dək davam edib və nasistlər tərəfindən amansızcasına yatırılıb.

Varşava gettosunda üsyan Avropanın nasistlər tərəfindən işğal edilmiş şəhərlərində ən kütləvi üsyanlardan biri olub.

Döyüşlər zamanı gettonun təqribən 7 min müdafiəçisi qətlə yetirilib, 5-6 min nəfər diri-diri yanıb. Üsyan yatırılandan sonra gettonun qalan sakinləri (təqribən 56 min nəfər) ölüm düşərgələrinə göndərilib.

1970-ci il. Volqa avtomobil zavodunun baş konveyerindən birinci VAZ-2101 avtomobili buraxılıb.

 





19.04.2016    çap et  çap et