525.Az

Müəllimin direktora qarşı iddiası təmin edilmədi


 

Müəllimin direktora qarşı iddiası təmin edilmədi<b style="color:red"></b> Bakıda müəllim direktoru məhkəməyə verib.
 
APA-nın məlumatına görə, Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən Müşfiq Əliyev həmin məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Cavad Səfərovla bağlı Sabunçu rayon Məhkəməsinə müraciət edib.

O, iddia ərizəsində intizam tənbehlərinin verilməsi barədə əmrlərin ləğv edilməsini istəyib. Lakin məhkəmə müəllimin iddiasını təmin etməyib.
 
M. Əliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 





19.04.2016    çap et  çap et