525.Az

Ədəbiyyat İnstitutunda elmi-yaradıcılıq müşavirəsi


 

Ədəbiyyat İnstitutunda elmi-yaradıcılıq müşavirəsi <b style="color:red"></b>

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 2015-ci ilin ədəbi yekunları ilə bağlı "Ədəbi proses-2015" mövzusunda elmi-yaradıcılıq müşavirəsi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-cı ildən 1984-cü ilədək ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söyləyib.

Prezident İlham Əliyevin humanitar və ictimai elmlərin qarşısında qoyduğu ən mühüm məsələlərdən birinin Azərbaycanda müstəqillik dövrünün öyrənilməsi olduğunu söyləyən akademik İ.Həbibbəyli bu təklifin elmi ictimaiyyətin diqqətini müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir çağırış olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti tədbirin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında gedən proseslərin, meydana çıxan şəxsiyyətlərin və yaranan janrların təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsinə həsr olunduğunu bildirib.

Qeyd edilib ki, tədbirdə ədəbi prosesin bütün sahələrini əhatə edən, müxtəlif mövzularda 14 məruzə dinləniləcək.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Ədəbiyyat" qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turan çıxış edərək son illər Azərbaycan ədəbiyyatında xeyli irəliləyişlərin müşahidə olunduğunu, bu inkişafın təmini istiqamətində Ədəbiyyat İnstitutunda mühüm işlərin görüldüyünü vurğulayıblar.

Tədbirdə "2015-ci ilin şeiri", "Poemalar", "Bölgələrdə ədəbi həyat", "Hekayələr", "Müasir romanlar", "Bədii tərcümə", "Ədəbi gəncliyin axtarışları", "Ədəbiyyatşünaslıq (nəzəri problemlər)", "Uşaq ədəbiyyatı (nəsr və dramaturgiya)", "Satirik janrlar", "Cənubda ədəbi proses" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 





19.04.2016    çap et  çap et