525.Az

Rusiya neft hasilatını artırır


 

Rusiya neft hasilatını artırır<b style="color:red"></b> Neft hasilatının dondurulması ilə bağlı Qətərin paytaxtı Dohada baş tutan görüşdə lazımi nəticə əldə edilmədikdən sonra Rusiya hasilatı artıra bilər.

"APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.
 
"Belə bir ehtimal var. İllik hasilatın 540 mln. ton səviyyəsinə qədər artırılması tam realdır", - deyə nazir müavini bildirib.
 
Qeyd edək ki, 2015-ci ildə Rusiyada 534 mln. ton neft hasil olunub. Bu, 2014-cü illə müqayisədə 1,4% çoxdur.
 





19.04.2016    çap et  çap et