525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1808-ci il. Fransa imperatoru III Napoleon anadan olub (1808-1873). 1848-ci ildə Fransanın birinci prezidenti seçilən Lui-Napoleon Bonapart 1852-ci ildə özünü imperator elan edib (1852-1870).

1841-ci il. Yazıçı Edqar Alen Ponun müəllifi olduğu “Meyitxana küçəsinin cinayəti” ilk dedektiv əsər kimi tarixə düşüb.

1916-cı il. Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalova anadan olub (1916-2004).
 
Onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış etmiş Nəsibə Zeynalova bir çox ekran əsərində də yaddaqalan obrazları canlandırıb.
 
Onun yaratdığı kino obrazları arasında Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Əsli xala ("Bəyin oğurlanması") rolları xüsusilə məşhurdur.

1972-ci il. ABŞ-ın “Apollon-16” kosmik gəmisi Aya eniş edib.

2010-cu il. Meksika körfəzinin ABŞ-a aid ərazisində BP şirkətinə məxsus “Deepwater Horizon” platformasında baş vermiş partlayış 11 nəfərin ölümünə və tarixdə ən böyük neft sızmalarından birinə səbəb olub. Qəza zamanı baş verən yanğın nəticəsində platforma suyun dibinə batıb. Yataqdan isə 85 gün ərzində okeana neft axıb. Körfəzə ümumilikdə təxminən 470 milyon litr neft sızıb.

AzərTAc

 





20.04.2016    çap et  çap et