525.Az

Dünyanın ən qoca iti öldü


 

Dünyanın ən qoca iti öldü<b style="color:red"></b>

Avstraliyada dünyada ən qoca hesab edilən it ölüb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun 30 yaşı vardı. Megi adlı it Avstraliyanın kelpi cinsindən idi. O, Viktoriya ştatındakı fermer Brayan Maklarenin həyətində yaşayırdı. Megi ölümündən bir neçə həftə əvvələ qədər hürür və pişiklərdə gəzişirdi. Son günlər isə vəziyyəti ağırlaşıb.

“Biz çox yaxşı dost idik, ölümü kədərlidir”, - Maklaren deyib.

Fermer Megini digər itinin yanında dəfn edib. Megi dünyanın ən qoca iti adına namizəd olsa da, Maklaren heyvanın orijinal sənədlərini itirdiyindən, onun yaşını müəyyənləşdirmək mümkün olmayıb. 

Dünyada rəsmi olaraq ən qoca it isə Avstraliyanın Blyui çinsindən olan it hesab olunur. O 29 yaş 5 aylıqdır.

 





20.04.2016    çap et  çap et