525.Az

Yazıçılar Birliyində "Səhra savaşı"


 

Yazıçılar Birliyində "Səhra savaşı"<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimatda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Cavanşir Yusifli Vaqif Sultanlının yaradıcılığı və müzakirəyə təqdim olunan “Səhra savaşı” romanı haqqında geniş məlumat verib.

Tədbirin sonunda Vaqif Sultanlı çıxış edərək müzakirə olunan romanın ideya-estetik yükü, problemləri, əsər üzərində işləyərkən qarşılaşdığı çətinliklər, kitabın başqa dillərə tərcüməsi barədə ətraflı məlumat verib.

 





20.04.2016    çap et  çap et