525.Az

Fərəh Şəkinskaya vəfat etdi


 

Fərəh Şəkinskaya vəfat etdi<b style="color:red"></b> Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında vəfat edib.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, F. Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 60-70-ci illərdə Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
 
F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib. 1993-2012-ci illərdə F. Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib.
 
O, milli mədəniyyət sahəsindəki xidmətlərinə görə 1998-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
 





20.04.2016    çap et  çap et