Bu gün UEFA Çempionlar Liqasında 1/8 final oyunlarına start verilir. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Valensiya” öz meydanında PSJ-ni, “Seltik” isə “Yuventus”u qəbul edəcək. Bu mərhələnin digər iki qarşılaşması fevralın 13-də, daha dörd oyunu isə fevralın 19 və 20-də baş tutacaq.
Çempionlar Liqası. 1/8 final, ilk oyunlar
12 fevral
“Valensiya” (İspaniya) – PSJ (Fransa)
“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya)
13 fevral
“Real” (İspaniya) – “Mançester Yunaytes” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)
19 fevral
“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya)
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
20 fevral
“Milan” (İtaliya) – “Barselona” (İspaniya)
“Qalatasaray” (Türkiyə) – “Şalke 04” (Almaniya)
Bütün oyunlar Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.
çap et