525.Az

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi - Siyahı


 

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi - <b style="color:red">Siyahı</b> Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, aşağıdakı şəxslər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib:
 
dövlət orqanlarından
 
Quliyev Vüsal İlham oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri
 
Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
 
Hacıyev Zakir Yusif oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
 
qeyri-hökumət təşkilatlarından
 

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
 
Eyvazova Nərgiz Xələf qızı - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri
 
Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
 
Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri
 
Quliyev Azay Əjdər oğlu - Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri
 
İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
 
Xəlilov Anar Əhməd oğlu - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri
 
Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
 





20.04.2016    çap et  çap et