525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1408-ci il. Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah isə öldürülüb.

Bununla da Azərbaycanda Teymurilərin hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla, bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilib.

1978-ci il. Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib.

Konstitusiyada Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit olunub (maddə 73).

1926-cı il. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet anadan olub. Vindzorlar sülaləsinin nümayəndəsi II Elizabet taxt-taca 1952-ci il fevralın 6-da yiyələnib, rəsmi tacqoyma mərasimi isə 1953-cü il iyunun 2-də keçirilib.

1816-cı il. Məşhur ingilis yazıçısı və şairi Şarlotta Brontenın doğum günü (1816-1855). O, “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və digər romanların müəllifidir.

 





21.04.2016    çap et  çap et