525.Az

Nazir: "Azərbaycandakı enerji mənbələri yeni mərhələnin başlamasına səbəb olacaq"


 

Nazir: "Azərbaycandakı enerji mənbələri yeni mərhələnin başlamasına səbəb olacaq"<b style="color:red"></b> "Bu gün Yaxın Şərqdə baş verən proseslər neft-qaz sektorunda yeni mərhələnin başlamasına səbəb olub".
 
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
 
Buna misal olaraq nazir İran üzərindən sanksiyaların aradan götürülməsini göstərib: "Sanksiyalar aradan götürüldükdən sonra ciddi bir dönəm başlayıb".
 
"Azərbaycanda mövcud və yeni enerji mənbələrinin bazara daxil olması, o cümlədən İraq və İsrail kimi ölkələrin bazarda daha effektiv oyunçulara çevrilməsi yeni mərhələnin başlamasını göstərir", - deyə B. Albayrak qeyd edib.
 
Nazir əlavə edib ki, Türkiyə qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında bundan sonra da çox iş görəcək.
 





21.04.2016    çap et  çap et