525.Az

Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub


 

Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub<b style="color:red"></b>

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulub.

 





21.04.2016    çap et  çap et