525.Az

BMT-nin baş katibinin Cənubi Qafqaza səfəri təxirə salındı


 

BMT-nin baş katibinin Cənubi Qafqaza səfəri təxirə salındı<b style="color:red"></b>

BMT-nin baş katibi Pan Gi Munun Cənubi Qafqaza aprelin sonuna planlaşdırılan səfəri baş tutmayacaq.

"Report" RİA Novosti saytına istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

"Baş katib regiona səfər etmək istəsə də mühüm səbəblərə görə, həmin günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin müddətlərinə yenidən baxılacaq", - mətbuat katibliyindən bildiriblər.

BMT-nin baş katibi Azərbaycan, Ermənistan və Gürcüstana aprelin 25-dən 27-nə qədər ilk dəfə səfər etməyi planlaşdırırdı. Pan Gi Mun Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək niyyətində idi. 

Bu xəbəri BMT-nin Azərbaycandakı ofisində təsdiqləyiblər.

 





21.04.2016    çap et  çap et