525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

Aprelin 22-si Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir.

Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub.

1882-ci il aprelin 22-də Nebraska ştatında rəsmi bayram günü elan edilib və “Ağac günü” qeyd olunmağa başlayıb.

1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.

Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

1906-ci il. Yunanıstanın Afina şəhərində Yay Olimpiya Oyunları (22 aprel - 2 may) təşkil edilib. Bu oyunlar 1896-cı ildə Yunanıstan keçirilən ilk olimpiadanın 10-cu ili şərəfinə təşkil edilib.

Həmin ildən ara olimpiadaların keçirilməsinə qərar verilib. Ara olimpiadalar qeyri-rəsmi hesab olunur, qaliblərə verilən medallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmır.

1724-cü il. Görkəmli alman filosofu Immanuel Kant anadan olub (1724–1804).

İ.Kant neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biridir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1942-ci il. Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əblucun doğum günüdür (1942-1994).

H.Əbluc Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.

Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Kinostudiyada film dublyajlarında iştirak edib.

“Qatarda” televiziya tamaşasında yaddaqalan obraz yaradıb. Ənvər Əblucla birlikdə “Pəncərə” filmini (1991) çəkib.

AzərTAc

 





22.04.2016    çap et  çap et