525.Az

Beynəlxalq Yer Kürəsi Günüdür


 

Beynəlxalq Yer Kürəsi Günüdür<b style="color:red"></b>

Bu gün - aprelin 22-si 141 ölkədə Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur.

Əvvəllər bu, "Ağac Günü" adı ilə qeyd olunub.

Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı.

Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.

1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olunub.
 
1970-ci ildə "Ağac Günü"nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırılıb. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırıb.

Kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib.
 
Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.

1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirilib.

Həmin vaxtdan bu bayram beynəlxalq miqyas alıb. 141 ölkəni (o cümlədən bizim ölkəni) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.

XXI əsrin əvvəllərində Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirilib. 2003-cü ildə prezidentin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ-göl Milli Parkı yaradılıb.

Cavid QƏDİR

 





22.04.2016    çap et  çap et