525.Az

Bakıda türkiyəli yazıçının “imza günü” keçiriləcək


 

Bakıda türkiyəli yazıçının “imza günü” keçiriləcək<b style="color:red"></b>

Aprelin 23-də “Zorge” parkında təşkil olunacaq oxu günündə Türkiyəli yazıçı, tarixi romanlar müəllifi Ahmet Haldun Terzioğlunun “imza günü” və “XAN” nəşriyyatında yeni çap edilmiş “Tomris Xan” romanının təqdimatı keçiriləcək.

Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, müəllif daha çox özünün tarixi-siyasi roman və araşdırma əsərləri ilə tanınıb.

O, daha çox “Göy Tanrının övladları”, “Oğuz Xan”, “Güllərin solduğu gün”, “Nazir bəyi vurdular”, “Hərəm ağası”, “Çingiz Xan”, “Kür Şad”, “Ağsaçlılar məclisi”, “ “Göytürklər”, “Sevda üzərinə məmləkət hekayələri” və başqa kitabları ilə tanınır.

Bildirilib ki, Ahmet Haldun Terzioğlu, həmçinin bir sıra baxımlı filmlərin ssenari müəllifi kimi də məşhurdur.

 





22.04.2016    çap et  çap et