525.Az

Sevda Yəhyayeva Emre Aydını seçdi


 

Sevda Yəhyayeva Emre Aydını seçdi

Noyabr ayında tamaşaçıların qarşısına daha bir solo konsertlə çıxmağı planlaşdıran Sevda Yəhyayeva bu dəfə də səhnəni məşhur türk müğənnisi ilə paylaşacaq.

525.az-ın məlumatına görə, Rafet el Romandan sonra müğənninin seçimi Emre Aydın olub. Buta Palace-da keçiriləcək konsert noyabrın 17-də baş tutacaq.

Hazırda sözləri Aygün İsmayılovaya, musiqisi Pərviz Mahmudova məxsus olan “Sən” adlı yeni mahnı hazırlayan müğənni klip çəkdirməyi planlaşdırır. Müğənni klipini qürcü resjissora həvalə edəcək. Bu yaxınlarda klip çəkilişi ilə əlaqədar Gürcüstana yola düşəcək Sevda hazırda rejissorlar arasında seçim edir.

 





24.09.2012    çap et  çap et