525.Az

Sabiq nazir müavininə 8 il iş verildi


 

Sabiq nazir müavininə 8 il iş verildi<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında  M. Səlimovun 10 il  müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.
 





22.04.2016    çap et  çap et